Xolesterin yüksəlməsi səbəbləri müxtəlif olsa da, ən vacib səbəbi ailəvi irsi faktordur. Hətta ailəvi dislipidemiyalar dediyimiz kardioloq və endokrinoloqların nəzarət altında saxladığı xüsusi bir qrup xəstələr var ki, mütləq şəkildə müalicə tələb edir. Bundan başqa, ürək damar cərrahiyyəsi keçirən, ürək damar hadisələrinə yaxalanmış şəkərli diabeti olan xəstələrdə dünya protokollarının tövsiyə etdiyi rəqəmlərdə xolesterin göstəricilərini salmağa çalışırıq. Bir də endokrinoloq olaraq hipotireoidizm dediyimiz zob xəstəliyində də xolesterin miqdarı yüksələ bilər. Bu da bizim üçün ipucu verə…
Xolesterin orqanizmin təməl daşıdır. Xoles öd, sterin quru deməkdir. Quru öd mənasını verən xolesterin orqanizmin beyin steroid hormonlar, cins hormonlar, öd turşuları, hüceyrə membranın əsas maddəsidir. Xolesterin mübadiləsinin pozulması kardioloq və endokrinoloqların ortaq problemidir. Tibb dilində displipidemiya dediyimiz bu mübadilə pozulduqları uyğun şərtlər daxilində müalicə olunursa, xəstələr kardiovaskular risklərdən qorunmuş olurlar. Xolesterin mübadilə xəstəlikləri mütləq şəkildə müalicə tələb edir.