
Böyümə hormonu, böyüməyə birbaşa təsir edən hormondur. Böyümə hormonu əskikliyi izolə, eyni zamanda, hipofizdə digər hormonların da çatışmazlığı ilə birlikdə ola bilər. Bu vəziyyət anadangəlmə ola biləcəyi kimi, beynin (hipofiz və ya hipotalamusun) doğum əsnasında və ya sonrasında zərər görməsi və ya şişlər (ən çox uşaqlarda kraniofaringeoma və s.) səbəbi ilə də ola bilər. Böyümə hormonu əskikliyi olan bir uşaq qısa boyludur, amma bədən nisbətləri normaldır. Bu uşaqların üzü, ümumiyyətlə, yaşlarına görə kiçik görünür.

