Qadın sonsuzluğu..Yumurtalıq xərçəngi..Hamiləlikdə piylənmə..Səbəb nədir?

Polikistik yumurtalıq sindromu (PCOS) doğurqan yaşdakı qadınların böyük bir qismini(10-15% olması güman olunur) əhatə edən endokrin patologiyadır.

Günümüzdə PCOS sadəcə hirsutizmə (tüklənmə), sonsuzluğa səbəb olan xəstəlik kimi qalmayıb, 2- ci tip şəkərli diabet, metabolik sindrom, piylənmə və irəli zamanlarda yumurtalıq xərçənginə də yol açması mümkündür. PCOS qadın sonsuzluğunun təxminən 20% hallarda səbəbidir. PCOS-lu xəstələr hamilə qaldığında hamiləlik diabeti, hamiləlikdə hipertoniya, preeklampsiya, eklampsiya, erkən doğum kimi risklərlə qarşı-qarşıyadırlar. Ona görə bu xəstələr hamiləlikdən öncə həkimlər tərəfindən kilo verməyə motivasiya olunmalı, hamiləlik zamanı isə ginekoloq və endokrinoloq tərəfindən nəzarətdə saxlanılmalıdırlar.

Hamiləlikdə piylənmə günümüzün aktual məsələsidir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya görə hazırda hamilələrin 2-25% -i piylənmə xəstəliyindən əziyyət çəkməkdədir. Hamiləlikdə 11.5-16 kq civarında kilo alınması normal olaraq qəbul edilir. Genetik yaxınlıq, azhərəkətlilik, karbohidratların artıq qəbulu hamiləni piylənmə xəstəsinə çevirərək bərabərində bəzi problemlər gətirir. Piylənmə xəstəliyi ana üçün trombemboliya, abort, hestasional diabet, hipertoniya ve sezaryanla doğum risklərini artırmaqla yanaşı, döl üçün genetik xəstəliklər, makrosomiya (iri döl), ana bətnində ölüm səbəbidir. Müalicədə hamiləlikdən əvvəl və doğum sonrası piylənmənin riskli olması anaya izah olunmalı, kilo verməyə həvəsləndirilməlidir.

Hamiləlik zamanı ana və döl arasında bir-birinə təsir edən geniş həcmli endokrin-metabolik dəyişikliklər hamiləliyin davamı, dölün inkişafı, böyüməsi, doğum və südəmizdirmə proseslərinə zəmin yaradır. Yadda saxlamaq lazımdır ki, hamiləlik xəstəlik deyildir, fizioloji bir prosesdir.

Ümumiyyətlə, çox çeşidli şəkillərdə qarşımıza çıxan müxtəlif endokrin patologiyalar göründüyü qədər çox sadə olmayıb, yalnız həkim mütəxəsis-endokrinoloqlar tərəfindən müalicə və kontrol edilməlidir. Ehtiyac olduğu zaman digər sahə həkimləri ilə məsləhətləşmələr edilərək sahələrarası yanaşma tətbiq edilməlidir. Bu, ana və uşaq ölümünün qarşısının alınması və sağlam genefondun qorunması baxımından çox vacibdir.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Xolesterin

Xolesterin yüksəkliyinin qida ilə əlaqəsi nədir?

Xolesterin yüksəkliyinin qida ilə əlaqəsi Xolesterin səviyyəsinin yüksək olması, xüsusilə LDL (pis xolesterin) və triglitseridlərin artması, ürək-damar…

Oxu
Xolesterin

Xolesterin yüksəkliyi olan hər xəstə dərman içməlidirmi?

Xolesterin yüksəkliyi olan hər xəstə dərman içməlidirmi? Xolesterin yüksəkliyi, damarların tıxanması və ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq…

Oxu
Xolesterin

Xolesterin yüksəkliyi nədir?

Xolesterin yüksəkliyi nədir? Xolesterin bədənin düzgün funksiyası üçün vacib olan yağ tərkibli bir maddədir. O, hüceyrə membranlarının qurulmasında hormonların…

Oxu