Şəkərli diabetin hansı müalicə üsulları var?

Şəkərli diabetin bir-biri ilə bağlı 4 müalicə üsulu var:

Bunlardan birincisi təlimdir.

Əgər şəkərli diabet diaqnozu qoyulubsa, xəstə ilkin olaraq bu xəstəliyin bütün həyatı boyu davam edəcəyini qəbul etməlidir. Yalnız bundan sonra müalicə prosedurlarına başlamalıdır. O müntəzəm qan şəkərini ölçməli və qeyd etməli, vaxtlı-vaxtında endokrinoloq yanında yoxlamalardan keçməli və şəkərli diabetin tələb etdiyi həyat tərzinə uyğunlaşmalıdır. Şəkərli diabet xəstələrinin müalicəsində diabet təlimi mühüm yer tutur və birinci müalicə üsulumuzdur.

İkinci pəhriz müalicəsidir.

Həyatda şəkərli diabet qədər qidalanmadan asılı ikinci xəstəlik yoxdur. Pəhriz şəkərli diabetin müalicəsinin təməl daşıdır.

Üçüncü üsul idman vasitəsilə müalicədir.

Fiziki fəallığın artırılması qan şəkəri səviyyəsinin düşməsi ilə bərabər xəstələri psixoloji istiqamətdə çox gözəl motivasiya edir və eyni zamanda, qan yağları və arterial təzyiqin düşməsinə də böyük faydası verir.

Dördüncü müalicəmiz medikamentoz, yəni dərman müalicəsidir. Şəkərli diabetin müalicəsində istifadə edilən dərmanlara udmaq üçün nəzərdə tutulmuş həblər və insulin müalicəsi aiddir.

Sadalanan üsullar diabetin müalicəsinin ana sütunları hesab edilir. Bunlardan 4 üsul xaricində fitoterapiya və digər müalicə üsullarının fundamental endokrinologiyada və diabetin müalicəsində heç bir elmi əsası və yeri yoxdur.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Xolesterin

Xolesterin yüksəkliyinin qida ilə əlaqəsi nədir?

Xolesterin yüksəkliyinin qida ilə əlaqəsi Xolesterin səviyyəsinin yüksək olması, xüsusilə LDL (pis xolesterin) və triglitseridlərin artması, ürək-damar…

Oxu
Xolesterin

Xolesterin yüksəkliyi olan hər xəstə dərman içməlidirmi?

Xolesterin yüksəkliyi olan hər xəstə dərman içməlidirmi? Xolesterin yüksəkliyi, damarların tıxanması və ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq…

Oxu
Xolesterin

Xolesterin yüksəkliyi nədir?

Xolesterin yüksəkliyi nədir? Xolesterin bədənin düzgün funksiyası üçün vacib olan yağ tərkibli bir maddədir. O, hüceyrə membranlarının qurulmasında hormonların…

Oxu