Birincili və ikincili hiperlipidemiyalar vardır ki, birincili, adətən, genetik qaynaqlı və çox vaxt ailəvi olur. Bunlardan müxtəlif tip poligenik hiperxolesterinemiya, izolə hipertriqliseridemiya, kombinə hiperlipidemiya, familiyal disbetalipoproteinemiya, mikst dislipidemiya və s.qeyd edə bilərik. İkincili dislipidemiyalar, adətən, qidalanma pozğunluğu və digər xəstəliklərə bağlı olur. Məsələn, hipotireodizm, xroniki böyrək və qaraciyər xəstəlikləri, Kuşinq sindromu, akromeqaliya, qlikogen depo xəstəlikləri, piylənmə, şəkərli diabet, podaqra, lipodistrofiyalar, alkoqolizm və s.buna misal ola bilər. Bu kimi ikincili dislipidemiyalarda səbəbə yönəldilmiş müalicə tədbirləri əsas götürülməlidir. İkincili dislipidemiyaların, bəzi hallarda səbəbi tiazid diuretikləri, steroid tərkibli dərman preparatları, az hallarda isə çox zaman genetik anomaliyalara bağlı olub, xüsusən, ikinci trimestrdə daha çox triqliseridlərin artmasına səbəb olur və doğum sonrası öz-özünə normallaşır.
Lipidlər qanda sərbəst olmaqla bərabər, zülallara bağlanaraq da daşınır. Aşağı sıxlıqlı lipoprotein (LDL-xolesterin) başqa sözlə, “pis, lənətlənmiş” xolesterin qaraciyərdə yaranan xolesterini damarlara “daşıdığı” üçün bu adı almışdır. Bu toplanma damar mənfəzinin daralmasına səbəb olur. Xüsusən, ürəyə gedən damarlar tutulan zaman qan dövranının sürəti azalır. Ürəyə kifayət qədər oksigen daşınmamasının nəticəsi olaraq miokard infarktı yarana bilər. Zamanla ateroskleroz dediyimiz bu prosesdən beyin damarları da nəsibini alır və insultların baş vermə ehtimalı artır.