Xolesterin artıran qidalar hansılardır?

Xolesterin mübadiləsinin pozulması tibb dilində dyslipidemia dediyimiz bu hal daha çox genetik amillərlə əlaqədar məsələdir. Xolesterin mübadiləsinin pozulması, xolesterin zərərli fraksiyaların qanda yüksəlməsi daha çox fast food qidaların, şəkərlə əlaqədar məsələdir. Doğru bilinən yanlışlardan biri ət məhsullarının yağının xolestrinin artırılmasıdır. Əslində düzdür. Tədqiqatlarda doymuş yağ turşularının artırılması qida rasionumuzda xolesterini bir qədər artıra bilər, amma daha çox fast food qidalar dediyiniz konservləşdirilmiş qidaların trans yağlarının marqarinin xolesterinin artırılması və iç yağlanmanı daxili orqanlarda yağlanmanı artırmağı sübut olunmuşdur. Bu baxımdan biz qidamıza daha çox orqanik, təbii qidalardan istifadə edəriksə, tərəvəz, bitkisəl qidalara daha çox üstünlük verəriksə qanda xolesterin səviyyəsi normal olur. Amma söylədiyim kimi, xolesterinin qanda yüksəlməsi daha çox genetik amillərlə bağlıdır.

Paylaş